Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı ixtiraçı Urmiya gölünü Həsən Ruhaninin yox yağıntıların qurtardığını dedi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ixtiraçı və buludların mayalanması sistemini icad edən Rza Köhüli Urmiya gölünün nisbi bərpasında Həsən Ruhani və digər rəsmilərin yox, Allahın son illər yağdırdığı yağışların rol oynadığını bildirib.

Köhüli Urmu gölündə vəziyyətin müsbətə doğru dəyişməsini yağıntıların artması ilə əlaqələndirib.

Təbrizdə mətbuata müsahibə verən Köhüli deyib: “Bir zamanlar hakimiyyət harada su gördü üzərində su bəndi tikdi, həmin dövrdə Urmiya gölünə axan çayların üzərində 300-dən çox bənd tikildi. Sonrakı hakimiyyət bir gündə 160 min artezian quyusunun qazılması icazə verdi.  İndiki hakimiyyət isə hər şeyi Allahın ümidinə buraxıb. Hökumət hər şənbə günü vəziyyətin yaxşılaşması ümidilə yuxudan oyanır”.

İxtiraçı gənc alim bildirib ki, Urmiya gölünü nə şənbə günü, nə də Həsən Ruhaninin açarı, yalnız Allahın yağıdrdığı yağışlar qurtardı. Son yağıntılar olmasaydı, göldə vəziyyət dəyişməzdi. Məsumə İbtikar, İsa Kəlantəri və hətta Həsən Ruhani gölün bərpası üçün heç bir iş görmədi.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …

Bir cavab yazın