Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Dünya diktatorları koronavirusu bəhanəsilə baş cinayətkarı dəstəklədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İnsan Hüquqları üzrә Suriya Şәbәkәsinin yayımladığı hesabata әsasәn, dünya diktatorları koronavirusu bəhanəsilə baş cinayətkarı dəstəkləyiblər.

Hesabatda bildirilir ki, epidemiya bəhanəsilə Rusiya, Çin, İran, Şimali Koreya vә Kuba kimi diktator ölkәlәr Bәşәr Әsәd rejiminә tәtbiq edilәn beynәlxalq sanksiyaların aradan qaldırılması üçun kampaniyalar keçiriblər.

Hesabatda həmçinin bildirilir ki, Bәşәr Әsәd rejimi yeni növ koronavirus epidemiyasına baxmayaraq mart vә aprel aylarında hücumlarını davam etdirib. Hәmin hücumlar nәticәsindә 6-ı uşaq olmaqla 44 dinc sakin hәlak olub.

Hesabatda rejim qüvvәlәrinin mart vә aprel aylarında 44 adamı öldürdüyü vә 156 adamı da saxladığı bildirilib. Ümumiyyətlə isə minlәrlә günahsız insan Suriya rejimi qüvvәlәrinin hәbsxanalarında həbsdə saxlanılmaqdadır.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

Bir cavab yazın