Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Avstraliya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş saxta seçkilərə münasibətini bir daha açıqlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Xarici İşlər Nazirliyi bu yaxınlarda separatçı rejim tərəfindən Dağlıq Qarabağda keçirilmiş saxta seçkilərə münasibətini bir daha açıqlayıb.

Bu barədə AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə Avstraliya Azərbaycanlıları Assosiasiyasının sədri Mikayıl Oyta məlumat verib. Assosiasiyanın sədri bildirib ki, Xarici İşlər Nazirliyinin diaspor təşkilatının mövzuya dair məktubuna göndərdiyi cavabda Avstraliya hökumətinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi ilə bağlı ümumi mövqeyi öz əksini tapıb. Belə ki, məktubda Avstraliya hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və Dağlıq Qarabağı müstəqil qurum kimi tanımadığı vurğulanıb.

Məktubda deyilir: “Biz 2020-ci il martın 31-də keçirilən saxta seçkiləri, həmçinin onun təşkili ilə bağlı konstitusiya və hüquqi çərçivəni tanımırıq. Bir az da irəli gedərək bildirmək istəyirik ki, Avstraliya ATƏT-in Minsk qrupu çərçivəsində sülh prosesinə göstərilən cəhdləri dəstəkləyir. Proseslə əlaqədar icmalar və hökumətlər arasında keçirilən dialoqu məsələnin sülh yolu ilə həlli üçün ən düzgün yol hesab edir”.

Azərtac

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …

Bir cavab yazın