Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Ərdəbil zindanında həbsdə olan bəluç siyasi məhbus Abbas Lisaninin haqlı mövqeyi barədə məktub yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil zindanında həbsdə saxlanılan bəluç siyasi məhbus Məhəmməd Sabir Məlek Rəisi açıq məktub yazaraq Ərdəbil baş prokurorunun siyasi məhbuslara “nəfəs çəkməyin belə haram olduğu” ilə bağlı dediyi təhqiramiz sözlər qarşısında azərbaycanlı siyasi məhbus Abbas Lisaninin qətiyyətli və haqlı mövqeyini açıqlayıb.

Bəluç siyasi məhbus məktubunda yazır ki, mart 29-da Ərdəbilin baş prokuroru Abdulla Təbatəbayinin məntiqsiz və qeyri-hüquqi sözlərlə siyasi məhbusların ölüm fitvasını verdiyi zaman azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin sərt, qətiyyətli və məntiqli reaksiya vermişdir. Belə haqlı etiraz qarşısında prokuror sürətlə vicdan məhbuslarının saxlandığı 7-ci bölməni tərk etdi.

O həmçinin yazıb ki, həmin zaman başqa kameradan görüş keçirən Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati də Abbas Lisaninin qətiyyətli və haqlı səsini eşidir və həmin bölməyə gəlir. Lakin o da, azərbaycanlı mübarizin haqlı sözləri və irəli sürdüyü hüquqi suallar qarşısında aciz qalaraq qızarmış vəziyyətdə bölməni tərk edir.

Məhəmməd Sabir Məlek Rəisi bu sözlərdən sonra zindanın daxilində və xaricində Abbas Lisaniyə qarşı mənfi təbliğat aparıldığını, bəzilərin qara yaxmağa başlayaraq, insanlıq və şərəfi ayaq altına aldığını yazıb.

O bu məktubu yazmaqdan məqsədinin baş verənlərə aydınlıq gətirmək olduğunu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Abdulla Təbatəbayi koronavirusun yayılması ilə bağlı məhbusların zaminə buraxılması ilə əlaqədar Ərdəbil zindanında olduğu zaman bəluç siyasi məhbusa “təhlükəsizlik və siyasi ittihamlara görə həbs edilən məhbusların nəfəs çəkməsinin haram olduğunu” demişdi. Bu qanunsuz söz isə tanınmış azərbaycanlı fəal Abbas Lisaninin kəskin etirazına səbəb olmuşdu.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …

Bir cavab yazın