“Foreign Policy” Ruhaninin əhalini iqtisadiyyata qurban verdiyini yazır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin koronavirusun tüğyan etdiyi bir vaxtda bütün idarələr və dövlət müəssisələrini açmasını Ruhaninin əhalini özlərinin iqtisadiyyatına qurban verməsi kimi dəyərləndirib.

“Foreign Policy” yazır: “İranda etirazların və rejimin süqutunun qarşısını almaq üçün prezident Ruhani İranda bir sıra iqtisadi müəssisələrin yenidən fəaliyyətə başlamasına göstəriş verib. Ölkə buna görə böyük ehtimalla koronavirus xəstəliyinin ikinci dağıdıcı dalğası ilə qarşılaşacaq. Görünür İran höküməti belə qərara gəlib ki, ölkədə iqtisadi fəaliyyətin dayandırılması etirazlara və rejimin dağılmasına səbəb olar”.

“Foreign Policy” yazır ki, Həsən Ruhaninin İranda iş yerlərinin açılması və iqtisadi müəssisələrin fəaliyyətə başlamasına dair qərarının səbəblərini başa düşmək üçün koronavirus pandemiyasından öncə İranın iqtisadi artımla bağlı göstəricisinin -0.05 olduğu və infilyasiyanın artması nəticəsində ölkə iqtisadiyyatı ağır böhran mərhələsinə girdiyinə diqqət yetirmək lazımdır.

 “Foreign Policy” daha sonra yazıb ki, koronavirus böhranı İranın kövrək iqtisadiyyatını daha da zəiflədib. Belə ki, ölkədə 7.5 milyon insan yoxsullaşıb, milyonlarla insan işsiz qalıb, daha milyonlarla insanın da əməh haqqı azalıb. Jurnal təkcə koronavirus böhranında 1-2 milyon iranlının iş yerlərini itirdiyini yazır.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın