Türkiyә koronavirusla bağlı indiyәdәk 125 ölkәyә yardım etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyәnin bu günәdәk yeni növ koronavirusla mübarizә çәrçivәsindә 125 ölkәyә tibbi lәvazimat göndәrdiyini deyib.

‘‘Rәqәmsal diplomatiya’’ mövzusu ilә bağlı tәşkil edilәn Antalya Diplomatiya Forumu çәrçivәsindә ‘‘Epidemiya Dövründә Qaçqınların vә Evlәrini Tәrk Etmәk Mәcburiyyәtindә Qalanların Vәziyyәti’’ ilә әlaqәdar videokonfrans formatında iclas keçirilib.

İclasda çıxış edәn Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu epidemiyanın  ölkәlәr arasında ayrı-seçkilik etmәdәn hәr kәsә öz tәsirini göstәrdiyini söylәyib.

‘‘Bu proses әrzindә qlobal böhranlar qarşısında beynәlxalq әmәkdaşlığın әhәmiyyәti bir daha nәzәrlәrә çarpdı. Türkiyә bu dövrdә başqalarına yardım etmәk üçün sürәlә hәrәkәtә keçdi. İndiyәdәk 125 ölkәyә yardım etdik. Bu istiqamәtdәki fәaliyyәtlәrimizi davam etdirәcәyik’’,-deyә Mövlud Çavuşoğlu vurğulayıb.

Qaçqınların vә evlәrini tәrk etmәk mәcburiyyәtindә olanların qorunması üçün әmәkdaşlığın әhәmiyyәtinә toxunan Mövlud Çavuşoğlu bildirib ki, әhatәli, davamlı vә daha güclü beynәlxalq addımlara ehtiyac var.

İclasda Mövlud Çavuşoğlu ilә yanaşı İraq xarici işlәr naziri Fuad Hüseyn, İordaniyanın xarici işlәr naziri Ayman Safadi, Livan xarici işlәr naziri Nasif Hitti, Pakistan xarici işlәr naziri Şax Mәhәmmәd Kureyşi, Avropa İttifaqı Komissiyasının daxili mәsәlәlәr üzrә üzvü Ylva Cohanson, Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarı Filippo Qrandi, Avstriyanın keçmiş xarici işlәr naziri Karin Kneissi vә Ümumdünya Sәhiyyә Tәşkilatının baş direktorunun müavini Zsuzsanna Yakob iştirak ediblәr.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın