Şənbə , Sentyabr 26 2026
azfa

Səməd Behrəngi Təbrizdə anıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal iyun  ayının  22-də tanınmış azərbaycanlı yazıçı və müəllim Səməd Behrənginin doğum günü münasibətilə onun məzarı başında toplaşıblar.

Lakin irqçi fars rejimin qüvvələri azərbaycanlı fəalların ziyarətinə mane olmağa çalışıbla və qəbristanlığın qapısını bağlayıblar. Səməd Behrənginin doğum gününü anmaq məqsədilə İmamiyyə məzarlığının qapısını bağlı görən fəallar öz məqsədlərinə çatmaq üçün arxa qapıdan içəri giriblər.Onlar “Balaca qara balıq”ın yaradıcısının xatirəsini yad edib, onun məzarı başına gül və bir neçə kitabını qoyublar.

Beləliklə irqçi fars rejimin mane olmasına baxmayaraq fəallar Səməd Behrəngini məzarı üstündə anıblar.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …

Bir cavab yazın