Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İrqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Rəsul İrəcini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı milli-mədəni fəal Rəsul İrəcini yaxalayıblar.

Azərbaycanlı fəal iyunun 29-da saat 10:00-da Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yaxalanıb.

Rejimin ETTELAAT məmurlarının azərbaycanlı fəala “çağırış vərəqəsi” göndərib, onun Polis İdarəsinin təhlükəsizlik bölməsinə müraciət etməsini tələb etmişlər. Lakin o bundan imtina etmişdi.

Azərbaycanlı fəalın harada saxlandığı, həmçinin yaxalanma səbəbi barədə hələlik heç bir məlumat yoxdur.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın