Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Rejim azərbaycalı yazıçı və tərcüməçi Mehdi Səlimini Evin zindanında həbsə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim fəlsəfi əsərlərin yazıçısı, araşdırmaçı və tərcüməçisi Tehran sakini olan Mehdi Səlimini Əhərdə ata evində yaxalayaraq, Tehranın Evin zindanında həbsə atıb.

Bu barə də Mehdi Səliminin qardaşı Cəlal Səlimi instaqram səhifəsində yazıb: “Qardaşım Mehdi Səlimi iyul ayının 7-də saat 09:30 hüdudunda Əhərdəki ata evində yaxalanaraq, dindirildikdən sonra Tehranın Evin zindanına koçürülüb”.

O həmçinin yazıb ki, “Ona qarşı irəli sürülən ittihamlar hələlik məlum deyil”.

Azərbaycanlı fəal yaxalandığı vaxt ona aid bir sıra şəxsi əşyalar, o cümlədən mobil telefonu, ləptabı və yazıları müsadirə edilmişdir.

Qeyd edək ki, 1984-cü ildə Təbrizdə anadan olan Mehdi Səlimi Yəzd universitetində təhsilini bitirib və hazırdaTehranda yaşayır. Azərbaycanlı yazıçı bir çox kitab və məqalələri tərcümə edib. O həmçinin bir sıra roman, fəlsəfə kitabları ilə bağlı məqalələr və şərhlər yazıb.

Səlimi həmçinin əvvəllər “Zoğal” və “Art Callet” onlayn jurnalının baş redaktoru olub, “Mindmotor” saytının müdiri olmuşdur.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

Bir cavab yazın