Cümə , Sentyabr 25 2026
azfa

İsveçdə Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz məhkəmə qərarı etiraz aksiyasında pisləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveçdə yaşayan Güney Azərbaycandan olan bir qrup azərbaycanlı fəal həmin ölkədə İran səfirliyi qarşında aksiya keçirərək, azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə qarşı rejimin məhkəməsinin çıxarıdığı 15 il həbs və 2 il sürgün cəzasının rejimin Ali Məhkəməsində təsdiqlənməsini pisləyiblər.

Fəallar iyulun 20-də keçirilən aksiyada İran Məhkəmə Sisteminin azərbaycanlı siyasi məhbuslara qarşı qəddarlığını şiddətlə qınayıblar. Aksiyada iştirakçıları həmçinin Güney Azərbaycanda bütün azərbaycanlı siyasi məhbusların azadlıq tələb ediblər.

Aksiya iştirakçıları eyni zamanda işğalçı Ermənistanın Azərbaycan ərazilərinə yeni təcavüzünü, eləcə də İran rejiminin Ermənistana dəstəyini pisləyərək, Azərbaycan ordusuna dəstək nümayiş etdirmişlər.

Qeyd edək ki, azərbaycanlı milli fəal Abbas Lisani rejimin məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib və hazırda Ərdəbil zindanının 7-ci bölməsində həbsdə saxlanılır. İran Ali Məhkəməsi isə rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz qərarı olduğu kimi qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın