İrqçi fars rejim Bəhmən Xaliqinin dəfn mərasimi mühasirəyə almaqla mane olmağa çalışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim avqustun 10-da mərhum azərbaycanlı fəal Bəhmən Xaliqinin dəfn mərasimini mühasirəyə almaq və mərhumun qardaşını yaxalamaqla mərasimə mane olmağa çalışıb.

Mərasimə mane olmaq və nəzarət etmək üçün irqçi fars rejimin Təbrizdəki qüvvələri Binaba göndərilmişdi.

Avqustun 10-da səhər saatlarında tanınmış milli fəal Bəhmən Xaliqinin cəsədini daşıyan təcili yardım maşını Qoşaçay-Binab yolunda təhlükəsizlik qüvvələri tərəfindən dayandırılıb və mərhumun qardaşı Aydın Xaliqi ETTELAAT qüvvələri tərəfindən iki saat tutulduqdan və dindirildikdən sonra Binaba qayıdıb.

Təbriz, Urmiya, Məlikkəndi (Məlikan), Sayınqala, Binab və başqa şəhərlərdən çox sayda milli hərəkat fəalı dəfn mərasimində iştirak etmək üçün Binab şəhərinə gəlsə də, mərhumun cənazəsi polis və ETTELAAT-ın tam mühasirəsi altında ailəsinə təhvil verilib və təhlükəsizlik qüvvələrinin məzarlığın qapısını bağlamaqla Bəhmən Xaliqini dəfnində yalnız mərhumun yaxın ailə üzvlərinin iştirakına icazə verilib.

Qeyd edək ki,Bəhmən Xaliqi avqustun 9-da baş verən bir qəza nəticəsində həyatını itirib.

 Ötən illər ərzində Bəhmən Xaliqi fəaliyyətlərinə görə, dəfələrlə İranın ETTELAAT qüvvələri tərəfindən yaxalanıb və müxtəlif təzyiqlərə məruz qalmışdı. Mərhumun Binab şəhərindəki “İşıq Kitab Evi” mağazası 2013-cü ildə dövlət tərəfindən qapadılmışdı.

2019-cu ilin noyabr ayında təhlükəsizlik qüvvələri Bəhmən Xaliqinin iş yerinə hücum edərək, fəala aid kitabları, mobil telefonu və bir neçə şəxsi əşyanı müsadirə etmişdilər.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın