Cümə axşamı , Sentyabr 24 2026
azfa

İrqçi fars rejim Əli və Rza Vasiqi qardaşlarını 5 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin birinci şöbəsi Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

Qeyd edək ki, Rza Vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə iyunun 10-da öz iş yerlərində rejimin məmurları tərəfindən vəhşicəsinə döyülərək yaxalanmışdır. Fəalların hər biri daha sonra 110 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar zaminə buraxılandan sonra onların işgəncə edildiyi məlum oldu və işgəncə izlərinin şəkilləri də yayıldı.

Həmçinin yoxlayın

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …

Müharibə zamanı Çin İrana 1 300 dron və raket komponentləri partiyası göndərib

GADTB: “Wall Street Journal” qəzetinin məlumatına görə, Çin 2026-cı ilin ilk altı ayında İran Müdafiə …

Bir cavab yazın