Cümə , Dekabr 27 2024
azfa

Meysəm Colaninin dosyesi Təhlükəsizlik orqanlarının istəyi ilə Apelyasiya Məhkəməsinə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, fars rejiminin Təhlükəsizlik orqanlarının tələbi ilə azərbaycanlı milli-mədəni fəal Meysəm Colaninin dosyesi Şərqi Azərbaycan Əyaləti Apelyasiya Məhkəməsinin 3-cü şöbəsinə göndərilib.

Rejimin Təhlükəsizlik orqanlarının tələbi ilə məhkəmə orqanları Colaniyə onun 9209984133901392 sayılı dosyesinin Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsinə göndərildiyini bildiriblər.

Qeyd edək ki, Ərdəbildən olan azərbaycanlı fəal 2017-ci il avqust ayının 8-də Əhər Məhkəməsində mühakimə edilib və Colaniyə qarşı irəli sürülən ittihamlar rədd edərək, ona bəraət hökmü çıxarmışdır.

Meysəm Colani 2014-cü il fevral ayının 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə tutulan çox sayda fəalın sırasında olub. Təhlükəsizlik qüvvələri fəalları yaxalamaq üçün məhkəmə hökmü təqdim etmədən silah və gözyaşardıcı qazla mərasimin keçirildiyi evə daxil olublar. Colani bir müddət saxlandıqdan sonra vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …

Bir cavab yazın