Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Rejim Marağada azərbaycanlı milli-mədəni fəalları təhlükəsizlik idarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Marağa şəhərində milli-mədəni fəallardan bir neçəsini təhlükəsizlik idarəsinə çağıraraq dindirib.

Sentyabrın 13-də azərbaycanlı milli-mədəni fəallar irejimin Marağa şəhərində yerləşən təhlükəsizlik idarəsinə çağırılaraq bir neçə saat sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıblar.

Azərbaycanlı fəallar Hamid Yeganəpur, Məhəmməd Abbaspur və Davud Əzimzadə rejimin təhlükəsizlik idarəsinə çağırılan fəallar arasındadır. Çağrılan digər fəalların kimliyi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, son günlərdə irqçi fars rejimin Marağanda yerləşən təhlükəsizlik idarəsinin azərbaycanlı milli-mədəni fəallara qarşı göstərdiyi təzyiqləri artıb.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın