Bazar ertəsi , May 6 2024
azfa

İrqçi fars rejim Azərbaycanı kürdləşdirmək məqsədilə yüzlərlə iraqlı kürd öyrəncini Təbrizə yerləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycanı kürdləşdirmək məqsədilə yüzlərlə iraqlı kürd öyrəncini Təbrizə yerləşdirməkdədir.

Təbriz Universitetinin Xarici Tələbələr Mərkəzinin rəisi Rza Məhəmmədi mediaya açıqlamasında İraqın Tehrandakı səfirliyinin mədəniyyət işləri üzrə məsləhətçisi ilə görüşdüyünü və 200-dən çox iraqlı kürd öyrəncinin Təbriz Universitetinə qəbulu barədə danışıqlar apardığını bildirib.

Rza Məhəmmədi deyib ki, Təbriz Universiteti iraqlı kürd öyrənciləri qəbul etməyə hazırdır: “Biz xarici tələbələri 4 dilli təhsil proqramı çərçivəsində qəbul etmək məqsədilə bir sayt yaratmışıq. Öyrəncilər üçün konsulluq işləri ilə əlaqədar problemlərin aradan qaldırılması ilə bağlı bir mərkəz açıb, Təbriz Universitetində xarici öyrənciləri fars dili keçmək üçün bir mərkəz yaratmaqla və  onlara təhsil vizası verilməsini asanlaşdırmaqla xarici öyrəncilər, xüsusilə iraqlı öyrəncilər üçün yaxşı bir ev sahibi olmaq niyyətindəyik”.

Təbriz Universitetinin rektoru Mir Rza Məcidi isə deyib ki, onun rəhbərlik etdiyi universitet iraqlı öyrəncilərə ev sahibliyi etməyə tam hazırdır: “Təbriz şəhəri və Təbriz Universiteti İraq şəhərlərinə yaxındır. Təbrizə gəliş-gedişin asan olduğunu, onun yaxşı imkanlarını, eləcə də Təbriz Universitetinin yüksək elmi potensiala malik olduğunu nəzərə alaraq, hesab edirəm ki, bizim ali təhsil ocağımız iraqlı öyrəncilərə yaxşı bir ev sahibi ola bilər”.

Təbriz Universitetinin rektor müavini Əsğər Əsgəri isə deyib: “Region ölkələrinin ali təhsil ocaqları ilə müqayisədə Təbriz Universitetində illik təhsil haqqının aşağı olmasını və universitetimizdə təhsil səviyyəsinin yüksək olmasını və onun digər mövcud imkanlarını nəzərə alaraq, düşünürəm ki, bizim universitetimiz təhsil almaq istəyən iraqlı öyrənclər üçün daha faydalı və əlverişli ola bilər”.

Qeyd edək ki, irqçi fars rejim qəsdən kürdləri Güney Azərbaycan şəhərlərinə çəkib tədrici məskunlaşdırıb və vətəndaşlıq verməklə Azərbaycan şəhərlərini kürdləşdirməyə çalışır. Bu təhlükə isə Azərbaycan türk millətini narahat etməkdədir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal həbsxanada çəkdiyi rəsimlərin sərgiləməsindən sonra hədələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Mütərza Pərvin …

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …

Bir cavab yazın