Çərşənbə , İyun 17 2026
azfa

Qazaxıstanda Azərbaycan ziyalıları Haqveriyev və Hacıbəyli ilə bağlı beynəlxalq konfrans keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstanda azərbaycanlı ziyalı və sənətkarlar Əbdürrəhim bəy Haqveriyev və Üzeyir Hacıbəyliyə ithaf edilən beynəlxalq konfrans keçiriləcək.

Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyası (BTA) oktyabr ayının 2-də “Türk dünyası ədəbi, mədəni və ictimai-siyasi həyatının fədailəri: Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyli” adlı beynəlxalq onlayn videokonfrans keçirəcək.

Tədbir Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamına, BTA-nın Elmi Şurasının bu ilin yanvar ayında Bakı şəhərində keçirilmiş son iclasında qəbul edilən fəaliyyət planına uyğun olaraq həyata keçirilir.

UNESCO ilə sıx əməkdaşlıq şəritində keçiriləcək konfransda BTA-ya üzv ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan (müşahidəçi üzv)) müvafiq nazirliklərinin rəhbər şəxslərinin, dünyanın müxtəlif ölkələrindən görkəmli elm adamları, ictimai xadimlər, səfirlər, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı və məruzəsi nəzərdə tutulur.

Beynəlxalq Türk Akademiyasının hazırladığı, ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən tərəfindən qazax dilində nəşr edilən və Azərbaycan Xalq Cümhuriyyəti haqqında faktların, tarixi xəritələrin, sənədlərin yer aldığı “Azərbaycan Xalq Cümhuriyyəti – 100” kitabının da konfrans çərçivəsində təqdimatı keçiriləcək.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …

Bir cavab yazın