İran rejiminin mahiyyətinin Tacikistan televiziyasında açılması İran qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, həftə ərzində Tacikistanın dövlət televiziyasında İran haqqında iki sənədli film yayımlanıb. Hər iki filmdə İranda insan hüquqlarının pozulduğu olduğu kimi əks olunub haqlı olaraq bildirilib ki, bu ölkə nüvə silahı hazırlamağa çalışır. Bu həqiqətlərin filmlərdə əks etdirilməsi isə İran tərəfinin ciddi etirazına səbəb olub.

Bununla əlaqədar Tacikistanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq ona etiraz notası təqdim olunub.

XİN-ə çağırılan səfirin nəzərinə çatdırılıb ki, guya dövlət televiziyasında İrana qarşı anti-təbliğatın aparılıb, bu istiqamətdə yalan və heç bir fakta əsaslanmayan iddiaların irəli sürülüb. Səfirə təqdim olunan notada bildirilib ki, rəsmi Tehran Tacikistanla xoş münasibətlərin qorunub saxlanılmasına və əməkdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır. Lakin dövlət televiziyasında İran əleyhinə təbliğatın aparılması rəsmi Tehranı münasibətlərə yenidən baxmaq məcburiyyəti qarşısında qoyur. Əgər bu kimi hallara son qoyulmazsa, İran buna daha sərt cavab verəcək.

Tacikistanın səfiri etiraz notasını hökumətinə çatdıracağını və problemin tezliklə həll olunacağını bildirib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın