İrqçi fars rejim Vasiqi qardaşlarının hər birinə 2 il həbs cəzası verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi daha əvvəl kassasiya şikayətinə baxdığı türk fəallar Əli və Rza Vasiqi qardaşlarının hökmünü açıqlayıb.

Rejimin məhkəməsi Vasiqi qardaşlarının hər birinə 2 il həbs cəzası verib.

Azərbaycanlı fəallar Əli və Rza Vasiqi keçən avqust ayında ilkin məhkəmədə müvafiq olaraq 3 il və 2 il həbs cəzası almışdılar. Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı siyasi fəalları “Milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə mühakimə etmişdi.

Vasiqi qardaşları keçən iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxıldılar. Həmin günlərdə, fəalların saxlanma zamanı ağır şəkildə döyüldüyü bildirilmişdi.

Azərbaycanlı fəal Əli Vasiqi daha əvvəl də Babək qalası mərasimi və anti-irqçilik etirazları ilə əlaqədar həbs və mühakimə edilib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın