Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İrqçi fars rejim azərbaycanlı yazıçı və fəal Vüqar Neməti həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejiminin təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Kəleybər bölgəsində azərbaycanlı şair, yazıçı, jurnalist və milli fəal Vüqar Neməti çağıraraq həbs ediblər. Fəalın ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.

Azərbaycanlı fəal bu gün Kəleybərdə ermənipərəst İran rejiminin ETTELAAT İdarəsinə çağırılıb. Məmurlar ifadə alınan zaman onu nalayiq ifadələrlə təhqir edib və hədələyiblər.

Fəal Çıraq qəzetinin baş redaktoru, eləcə də eyni adlı “Telegram” kanalının adminidir. Vüqar Nemət, həmçinin 12 kitab və çoxsaylı məqalə müəllifidir.

Vüqar Nemət son günlər ərzində dəfələrlə Azərbaycan Respublikasının haqlı mövqeyini müdafiə edərək, Qarabağın azadlığı uğrunda Azərbaycan Respublikasının ordusunun sıralarına qoşulmağa hazır olduğunu bəyan edib.  Bu isə antiislam və ermənipərəst İran rejimini hiddətləndirib.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın