Bazar ertəsi , May 6 2024
azfa

Sayın Mikayıl Oyta erməni işğalçılığı və separatçılığını dəstəkləyən Avstraliyalı millət vəkilini ifşa etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası Prezidenti və Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta erməni lobbisinin oyuncağına çevrilib erməni işğalçılığını və separatçılığını dəstəkləyən Yeni Cənubi Uelz (NSW) əyalətinin üzdəniraq millət vəkili Hugh Mc Dermottu ifşa etdi.

Hazırlanan bukletlərlə Hugh Mc Dermottun seçildiyi bölgənin əhalisinin problemləri ilə maraqlanmaq yerinə Avstraliya Federal Hökumətiniə və seçildiyi bölgənin əhalisinə xəyanət edərək erməni işğalçılığını və separatizmi dəstəklədiyi ifşa edilib və həmin millət vəkilini səhv yoldan döndərmək üçün kampaniya başladılıb.

Hugh Mc Dermottun telefon nömrəsi təqdim edilməklə insanlardan istənilib ki, Hugh Mc Dermotta zəng edib ondan soruşsunlar ki, o iş ilə məşğul olmaq yerinə nə üçün beynəlxalq hüququn normalarını pozaraq, eyni zamanda Avstraliya xalqının ideallarına xəyanət edərək erməni işğalçılarını və separatizmini dəstəkləyir?

Avstraliya Azərbaycan Assosiyasının başlatdığı kampaniyanın bukletini təqdim edirik:

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın