Cümə axşamı , Sentyabr 24 2026
azfa

Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək məqsədilə Gürcüstanda mitinq keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 10-da Gürcüstanın Marneuli şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Yüzlərlə insanın iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi ehtiramla anılıb.

Əllərində Azərbaycanın, Gürcüstanın və Türkiyənin bayraqlarını, eləcə də “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!” yazılan şüarlar əks olunan plakatları tutan nümayişçilər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib, Azərbaycan dövlətinin, onun Prezidentinin ətrafında sıx birləşdiklərini bəyan ediblər.

Çıxışlarda Azərbaycan Prezidentinin xalqa müraciəti zamanı səsləndirdiyi fikirlərin Gürcüstanda yaşayan soydaşlarımızda ruh yüksəkliyi yaratdığını bildiriblər.

Qeyd olunub ki, Gürcüstanda yaşayan soydaşlarımız hər zaman Azərbaycan uğrunda döyüşməyə hazırdırlar.

Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, siyasətçilər, elm adamları çıxışlarında Azərbaycan Ordusunun haqq uğrunda mübarizə apardığını, öz torpaqlarını işğaldan azad etdiyini, eyni zamanda, Qarabağda yaşanan gərginliyə və müharibəyə görə təcavüzkar Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını xüsusi qeyd ediblər. Vurğulanıb ki, xarici havadarlarının köməyi və dəstəyi ilə Azərbaycan və Gürcüstan torpaqlarını işğal edən Ermənistanın sonu çatıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qələbəsi Gürcüstan torpaqlarının azad olunması üçün imkan yaradacaq.

Aksiyada “Qarabağ bizimdir, bizim olacaq!”, “Yaşasın Azərbaycan!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndiriblər.

Aksiyada Marneuli ilə yanaşı, paytaxt Tbilisi, Rustavi şəhərindən, Qardabani, Bolnisi, Dmanisi, Saqareco, Kaspi və digər rayonlardan soydaşlarımız iştirak ediblər.

Gürcüstanın başqa şəhər və rayonlarından gələn soydaşlarımız avtomobil karvanı ilə Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarını dalğalandırıblar.

Qeyd edək ki, İran rejimi əsil antiislam mahiyyətini ortaya qoyub və xristian ermənilərin müsəlman azərbaycanlıların ərazisinə hərbi təcavüzünü pisləyənlərə divan tutur.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın