GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın iyul ayında Tovuzdan Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə ermənipərəst İran rejiminin yaxaladığı 13 azərbaycanlı milli- mədəni fəal Seyyid Əli Musəvinin sədrliyi ilə keçiriləcək məhkəmə iclasına çağırılıblar.
Bununla bağlı oktyabrın 18-də İran rejimin Məhkəmə Sistemi tərəfindən elektron qaydada bildiriş göndərilib. Bildirişdə qeyd edilib ki, onlar 3 gün sonra Təbriz İnqilab məhkəməsinin 16-cı şöbəsində olmalıdılar.
Məhkəməyə çağırılan milli fəallar aşağıdakılardır:
1) Mehdi Əsədi Gülzar
2) Sadiq Pərtou Bayraq
3) Əli Muradiyan
4) Yasəmən Zəfəri
5) Behzad Şeyxi
6) Rəhim Sasani
7) Hadı Quluzadə
8) Həkimə Əhmədi
9) Məcid Əkbəri
10) Sədullah Sasani
11) Əli Ab Xızır
12) Əbülfəz İbrahimzadə
13) Mehdi Purəli Xermalu
Azərbaycanlı fəallar Ermənistanın Azərbaycan ərazisinə hərbi təcavüzünü pislədiyinə görə rejimin məhkəməsi ilkin ibtidai istintaq dövründə fəallara qarşı “ictimai asayişi pozmaq” ittihamı irəli sürüb.