Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran rejimi Rəştin “Oyaq” Mədəniyyət Mərkəzini erməni təcavüzünü pislədiyinə görə bağlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi Rəştin azərbaycan türklərinə məxsus “Oyaq” Mədəniyyət Mərkəzini Ermənistanın şiə ölkəsi Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə lisenziyasını ləğv edib.

Ermənipərəst Xamenei rejimi sırf həmin mərkəzin xristian Ermənistan tərəfindən Azərbaycan şiələrinin ərazisinin işğal edilməsini pislədiyinə görə bu mərkəzinə fəaliyyətinə son qoyub.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına və etirazına səbəb olur.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın