İran rejimi həbs etdiyi türkmən milli-mədəni fəalı mülki vəsiqə qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi türkmən milli-mədəni fəal, idman jurnalisti, eləcə də “Bampuşe Qonbəd” və “Türkmən Sport” saytlarının rəhbəri olan Hamed Purməndini 200 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxdı.

Qeyd edək ki, türkmən fəal oktyabrın 31-də Golestan Sabah Süd Məhsulları Şirkəti tərəfindən ona qarşı irəli sürülmüş “təhqiramiz və nalayiq ifadələrlə böhtan yaymaq” ittihamı üzrə müdafiə çıxışı etmək üçün Qonbəde-Kavus məntəqəsinin məhkəməsinin 2-ci şöbəsinə çağırılıb və orda həbs edilmişdi.

Bir müddət əvvəl Hamed Purmənd sosial şəbəkələrdə insanları #Sabahı_boykot_edək həştəqi ilə sözügedən şirkətin məhsullarını boykot etməyə çağırmışdı.

“Türmən Səhranın” xəbər agentliklərinin yaydığı məlumata görə, Hamed Purmənd əvvəllər də milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın