Bazar ertəsi , May 25 2026
azfa

Azərbaycan diasporu Türkiyənin hərbi əməliyyatlarına dəstək aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın Odessa şəhərində Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin şəhərində həyata keçirilən “Zeytun Budağı” antiterror əməliyyatına dəstək aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının dəstəyi ilə Türkiyənin bu şəhərdəki baş konsulluğunun binası qarşısında keçirilən dəstək aksiyasında çıxış edən Azərbycan diaspor fəalları Anar Ağayev, Namiq Talıbov bildiriblər ki, Türkiyə heç zaman ölkəsinin ərazi bütövlüyünə zərər gəlməsinə göz yuma bilməz. Türkiyə ordusu beynəlxalq terrorizmə qarşı mübarizə aparır və Azərbaycan bütün məsələlərdə olduğu kimi bu haqq işində də qardaş ölkənin yanındadır.

N.Talıbov bildirib ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir. Bu gün bu terrordan bir çox Avropa ölkələri, o cümlədən Azərbaycan da əziyyət çəkir. Neçə illərdir ki, Azərbaycan Ermənistan tərəfindən terrora məruz qalıb. Lakin beynəlxalq aləmin ikili siyasəti bu gün dünyada terrorizmin inkişafına səbəb olub.

Dəstək aksiyasında “Terrorizmə yox!”, “Türkün türkdən başqa dostu yoxdur!”, “Bir millət, iki dövlət” kimi şüarlar səsləndirilib.

Həmçinin yoxlayın

Rubio: ABŞ–İran münaqişəsi ilə bağlı yaxın saatlarda “yaxşı xəbər” ola bilər

GADTB: ABŞ–İran münaqişəsi ilə bağlı yaxın saatlarda mühüm açıqlama verilə bilər və bu, “yaxşı xəbər” …

Molla rejimin zənginləşdirilmiş uran ehtiyatını təhvil verib, verməyəcəyi barədə ziddiyyətli xəbərlər yayılıb

GADTB: Bu gün “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb ki, İran Vaşinqtonla …

Bir cavab yazın