Bazar ertəsi , May 6 2024
azfa

Müqavimət simgəsi Kazım xan Quşçunun tarixi evinin təmiri yarımçıq saxlanılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda müqavimət simgəsi olan Kazım xan Quşçunun tarixi evinin bərpası yarımçıq saxlanılıb.

Bina kompleksinin içi və çöl hissəsində bir qismi cüzi təmir edilsə də, artıq bir ildən çoxdur ki, bərpa işləri dayandırılıb.

Qərbi Azərbaycan vilayətinin Mədəni Miras və Turizm İdarəsinin rəisi bu bina kompleksinin müqavimət muzeyinə çevriləcəyinə söz vermişdi. Lakin göründüyü kimi işlər yarımçıq buraxılıb.

Qeyd edək ki, Kazım xan Quşçu1867-ci ildə Urmiya gölü sahili yaxınlığında Ənzəl mahalının Quşçu qəsəbəsində anadan olub. O, 1918-ci ildə Güney Azərbaycan qərb bölgəsində erməni, aysor və kürdlərin törətdiyi soyqırım zamanı xüsusi müqavimət dəstəsi təşkil edib.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal həbsxanada çəkdiyi rəsimlərin sərgiləməsindən sonra hədələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Mütərza Pərvin …

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …

Bir cavab yazın