Şənbə , Sentyabr 26 2026
azfa

Vasiqi qardaşlarına azadlıq tələbilə Ərdəbil şəhərinin duvarlarında qrafitləri əsərləri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə divarlara  “Qardaşları azad edin” başlıqlı qrafit əsəri ilə azərbaycanlı siyasi məhbuslar Əli və Rza Vasiqi qardaşlarına azadlıq tələb edildi.

Güney Azərbaycanda azərbaycanlı milli-mədəni fəallar qondarma ittihamlarla həbs olunan və Ərdəbil zindanının 2-ci bölməsində həbsdə saxlanılan Əli və Rza Vasiqi qardaşlarına dəstək olmaq məqsədilə Ərdəbil şəhərinin duvarlarına Vasiqilər qrafiti çəkiblər.

Qeyd edək ki, Qeyd edək ki, Rza Vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə iyunun 10-da öz iş yerlərində rejimin məmurları tərəfindən vəhşicəsinə döyülərək yaxalanmışdır. Fəalların hər biri daha sonra 110 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar zaminə buraxılandan sonra onların işgəncə edildiyi məlum oldu və işgəncə izlərinin şəkilləri də yayıldı.

İrqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın