Cümə , Sentyabr 25 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Mürtəza Sənaini ETTELAAT-a çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəal Mürtəza Sənaini ETTELAAT İdarəsinə çağırılaraq, dindirib.

Rejim Ərdəbil sakini olan Mürtəza Sənaini çərşənbə günü dekabrın 9-da Ərdəbil kəşfiyyat idarəsinə çağırıb.

Fəalın yaxınlarının bildirdiyinə görə, fəalın ETTELAAT-a çağrılması 21 Azər hərəkatı və Pəhləvi rejiminin yenidən Güney Azərbaycsanı işğal edib soyqırım törətdiyi hadisənin yaxınlaşması ilə bağlı olub.

Qeyd edək ki, rejimin ETTELAAT məmurları bir müddət öncə də M.Sənaini Qarabağınm azad edilməsi münasibəti ilə əhali arasında şirniyyat payladığı üçün yaxalamışdı.

Mürtəza Sənai dinc fəaliyyətinə görə dəfələrlə yaxalanaraq, dindirilib.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

Bir cavab yazın