Şənbə , Sentyabr 26 2026
azfa

Azərbaycanlı fəallar Ərdəbildə şüarlar yazmaqla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində Ddekabrın 12-də azərbaycanlı milli-mədəni fəallar bir daha divarlara şüarlar yazmaqla rejimin ağır şəraitdə həbsdə saxladığı azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Azərbaycanlı fəallar divarlara, o cümlədən yazıblar:

“Azərbaycanlı siyasi məhbusların səsi olaq”

“Sən inkar edirsən amma onlar ölür”

# Azərbaycan_siyasi_məhbusları#Covid19″

“Siyasi məhbusları müdafiə etmək üçün birləşmişik #Abbas_Lesani”

“Covid-19 məhkumları təhdid edir”

“Azərbaycanlı məhkumlar dərhal sərbəst buraxılmalıdır”

“Azərbaycan millətinin müdafiəçilərini azad et”

“Millət Sizinlədir” …

“О, Abbas Lisani”

Qeyd edək ki, Ərdəbil zindanında Abbas Lisaninin korona xəstəliyinə yoluxdu üçün durumunun ağırlaşması ilə əlaqədar Təbriz, Urmiya və digər Azərbaycan şəhərlərində azərbaycanlı fəallar şüarlaryazmaqla Abbas Lisani və digər Azərbaycan siyasi məhbuslarına azadlıq tələb ediblər.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın