Bazar ertəsi , May 6 2024
azfa

Ruhaninin Urmiya gölünü bərpa etmələri barədə iddialarına rəğmən gölün suyu azalmaqda davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Həsən Ruhaninin Urmiya gölünü bərpa etmələri barədə yalan iddialarına rəğmən gölün suyu azalmaqda davam edir.

Şərqi Azərbaycan Regional Su Təşkilatının icraçı müdiri Yusif Qaffarzadə məsələ ilə bağlı deyib ki, keçən ilin yanvar ayında Urmiya gölündə suyun həcmi 3.35 milyard kubmetrə bərabər idi, lakin suyun həcmi azalaraq bu ilin yanvar ayında 3.29 milyard kubmetrə düşüb. Bu isə o deməkdir ki, gölün suyunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon kubmetr azalıb.

Həmçinin oktyabr ilə müqayisədə bu azalma 3 milyon kubmetr təşkil edib. Uzun müddətdə müqayisə apardıqda bu azalma 12.48 milyon kubmetr olacaq.

Qeyd edək ki, irqçi fars rejim Urmiya gölünə tökülən çayların qarşısında bənd tikməklə suyun gölə axmasının qarşısını alıb. Bu da gölün quruması ilə nəticələnib. Üstəlik Həsən Ruhani yalan iddia edib ki, Urmiya gölünü bərpa ediblər. Lakin faktlar bunun əksini göstərir.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …