Bazar ertəsi , May 6 2024
azfa

Azərbaycanlı siyasi məhbus Lətif Həsəni dünən axşam azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus dr.Lətif Həsəni 8 ilə yaxın həbsdən sonra dünən axşam azadlığa buraxılıb.

Qeyd edək ki, dr. Lətif Həsəni barədə yeni qərar keçən bazar günü Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsinin 6-cı şöbəsi tərəfindən çıxarılmışdı və qərara görə siyasi məhbusun həbs müddəti 9 ildən 6 il 8 aya endirilib. Həmin qərara əsasən fəal həbs müddətindən də artıq həbsdə saxlanıldığı üçün sərbəst buraxılıb

Dr.Lətif Həsəninin 7 il 11 ay idi ki, həbsdə saxlanılırdı. Fəalın Azərbaycan türk millətinin hüquqlarının müdafiəsi uğrunda partiya yaratmağa cəhd göstərdiyi üçün həbs edilmişdi.

Lətif Həsəni 1969-cu ildə Xalxal şəhərində anadan olub. O, orta məktəb təhsilini Ramsər şəhərində tamamlayıb və Kərəc üniversitesi fəlsəfə fakültəsinə daxil olub. Lətif Həsəni təhsilini davam etdirmək üçün Bakıya köçüb və Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə yüksək lisans və doktorluq dərəcələrini tamamlayıb. O, 2002-ci illərin ortalarında Azərbaycanın Güneyinə qayıdıb və siyasi fəaliyyətini burada davam etdirib.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …