Bazar , Sentyabr 27 2026
azfa

Rejim təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Əfşar Mühibbi qısa müddətli həbs edib dindiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələri Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Əfşar Mühibbi yanvar ayının 23-də iş yerindən çıxarkən qısa müddətli yaxalayıb və dindiriblər.

 ETTELAAT İdarəsinə aparılan azərbaycanlı milli-mədəni fəal bir neçə saat müddətinə dindirilib.

Əfşar Mühibb qanunsuz yaxalanmasına etiraz edib və yaxalanması üçün rəsmi bildiriş və icazənin göstərilməsini tələb edib. Fəal həmçinin yaxalanma səbəbini soruşsa da, heç bir verilməyib və yalnız bir neçə saat müddətinə dindirildikdən sonra sərbəs buraxılıb.

Azərbaycanlı fəal Əfşar Mühibb bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə rejimin təhlükəsizlik məmurları tərəfindən təhdid edilmişdir.

Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləməklə bağlı keçirilən aksiyalarla bağlı rejimin təhlükəsizlik məmurları fəalı həbs etmək məqsədilə Əfşar Mühibbin ata evinə müraciət etmiş, milli fəal evdə olmadığı üçün onu yaxalaya bilməmişlər.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …