Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Rejimin məhkəməsi azərbaycanlı fəal Səccad Şəhiriyə çıxardığı 6 aylıq həbs qərarını qüvvədə saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Apelyasiya məhkəməsi Güney Azərbaycanın Sulduz şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Şəhram Şəhiri barəsində 6 aylıq həbs qərarını qüvvədə saxlayıb.

Rejimin Qərbi Azərbaycanda yerləşən Apelyasiya məhkəməsinin 1 saylı şöbəsi yanvar ayının 30-da “Sistemə qarşı təblığat”da ittiham etdikləri azərbaycanlı milli-mədəni fəal barədə qərar verib.

Şəhirinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə yazılıb ki, cinayət prosessual məcəlləsinin A bəndinin 445-ci maddəsinə əsasən məhkumun apelyasiya şikayəti rədd edilib və çıxarılan qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səccad Şəhiri 2020-ci il yanvar ayının 16-da ETTELAAT məmurları tərəfindən Sulduz şəhərində yaxalanaraq ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülmüşdü.

Fəal daha sonra mart ayının 2-də ETTELAAT-ın təcridxanasından Təbrizdə mərkəzi zindana köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər zaminə buraxılımışdı.

Həmçinin yoxlayın

Vens: İran ticarət gəmilərinə hücum etməklə İslamabad anlaşmasını uğursuzluğa düçar edib

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı konservativ jurnalist və podkast aparıcısı Vinsent Koqlyanezi ilə …

Netanyahu İsrailə mümkün hücum barədə xəbərdarlıq edib

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …