Molla rejiminin azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə qarşı zindanda təzyiqləri artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbil zindanında həbsdə saxladığı tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə qarşı təzyiqlərini artırıb.

Fevral ayının 3-də Abbas Lisani ailəsi ilə qısa telefon danışığı zamanı özünə qarşı yeni təxribat və təzyiqlərin artdığını bildirib.

Lisaninin dediyinə görə, ağır narkotik alışqanlığı olan H.Şahi adında bir məhbus onun saxlanıldığı bölməyə köçürülüb. Həmin öyrədilmiş məhbus köçürüldüyü ilk gündən onu və başqa məhbusları söyərək onlarla savaşmağa çalışıbr.

3 fevralda həmin şəxs heç bir səbəb olmadan Abbas Lisanini təhqir edərək, ona hücum edib. Siyasi məhbusun reaksiyası və başqa məhbusların müdaxiləsi ilə ara sakitləşdirilib.

Abbas Lisaninin dediyinə görə, onun saxlanıldığı bölmədə olan 6 məhbus məsələ ilə bağlı zindan rəhbərliyinə məktub yazıb və məsələnin araşdırılmasını istəyiblər. Məktubda ehtimal olunan təxribatın nəticələri ilə bağlı zindan rəhbərliyi və buna qərar verən şəxslərin məsuliyyət daşıdığı vurğulanıb.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayından Abbas Lisaniyə zindanda qarşı təzyiqlər kəskinləşib.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …