Çərşənbə , Sentyabr 30 2026
azfa

İran rejimi Güney Azərbaycanın tarixi abidələrini baxımsız vəziyyətdə saxlamaqla məhv edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda tarixi abidələri baxımsız vəziyyətdə saxlamaqla məhv etməyə çalışır. Həmin tarixi abidələrdən biri Təbrizdə tarixi buzxana olan Beylankı buzxanasıdır.

Qacarlar dönəmində tikilən Beylankı buzxanası tarixi əsərlər iyahısına salınsa da, məqsədli şəkildə baxımsız vəziyyətdə saxlanılıb, məhv edilir. Ntarixi abidə artıq zibilliyə çevrilib.

Təbrizin Abbasi məhəlləsində yerləşən tarixi  abidə şəhərin qədim məhəlləsi Bağmeşənin keçmiş Kələntəri kompleksinin tərkibində olub və 2006-cı ildə, 18687 qeydiyyat nömrəsi ilə ölkənin tarixi abidələr siyahısına salınıb.

Beylankı Təbriz şəhərinin ən qədim və tarixi məhəllələrindən sayılır. Elxanlılar dönəmində Qazan xan və Rəşidəddin Həmədani tərəfində tikilən Rübi Rəşidi Universiteti məhəllənin əhəmiyyətini daha da artırmışdır.

Qeyd edək ki, İran rejimi Azərbaycanın tarixi abidələrinə belə münasibətlər bəsləməklə əslin həmin abidələrin tədrici məhvinə şərait yaradır.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …