Cümə axşamı , Sentyabr 24 2026
azfa

Çinin uyğur türklərinə soyqırım siyasətinə etiraz olaraq Avropada aksiya keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türkistanda Uyğur Türklərinə qarşı təzyiq və işgəncə hallarına, eləcə də Çinin soyqırım siyasətinə etiraz olaraq aksiya keçirildi.

Belçika Uyğur Dərnəyi və Türk qeyri-hökumət təşkilatları, Belçikanın paytaxtı Brüsseldəki Albertine meydanına toplandı və Şərqi Türkistanda Uyğur Türklərinə qarşı təzyiq və işgəncə hallarına, eləcə də soyqırım siyasətinə etiraz edildi.

Təxminən 100 nəfərin qatıldığı nümayiş zamanı “Uyğurlara azadlıq”, “Soyqırımı dayandır”, “Toplama düşərgələrini bağla” yazılı plakatlar açıldı.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …