Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran öz dillərində övladına ad qoymaq istəyən azərbaycanlılardan köçüb xaricə getməyi tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlılara öz dilində övladlarına ad qoymağı qadağan edən irqçi İran rejimi, utanmadan öz dilində övladına ad qoymaq istəyən azərbaycanlılardan tələb etdi ki, öz yurd-yuvalarını tərk edib xaricə getsinlər.

İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsi Atakanın atası Adil Çupaninin müraciətinə son cavab olaraq bildiriblər ki, “Bu adda şəxsiyyət vəsiqəsi verilməsi mümkün deyil. Bu adla şəxsiyyət vəsiqəsi almaq istəyirlərsə xaricə köçsünlər”.

Adil Çupani bununla bağlı özünün “İnstagram” səhifəsində paylaşım edərək yazıb: “Neçənci dəfə olaraq oğluma şəxsiyyət vəsiqəsi almaq üçün Təbrizin Lalə məhəlləsində yerləşən Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinə müraciə etdim. İdarə məsulları yenidən “Atakan” adı ilə şəxsiyyət vəsiqəsinin verilməsinə qarşı çıxaraq bildirdilər ki, uşağına bu adla vəsiqə almaq istəyirsənsə xaricə get.”

Adil Çupani yazıb ki, idarə məsulları bu adın İranın adlar siyahısında olmadığı üçün həmin ada vəsiqə verilməyəcək. Əgər rtirazın varsa gedib məhkəməyə şikayət edə bilərsən.

Adil Çupani məsələ ilə bağlı paylaşımında həmçinin yazıb: “Övladlarımıza türkcə ad seçmək ən ibtidayi vətəndaşlıq hüququmuzdur.”

Qeyd edək ki, İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsi rejimin “Fars Dili Akademiyası” ilə birlikdə Azərbaycan türkcəsində adları qadağan edib yeni doğulan körpələrə fars adlar siyahısı tərtib edib. Bundan məqsəd isə Azərbaycan türklərini assimilyasiyaya uğradıb bir millət kimi məhv etməkdir.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …