ABŞ Səfirliyi Çinin Azərbaycandakı Səfirliyinə cavab olaraq uyğurlara qarşı cinayətlərlə bağlı faktları sadalayıb

ABŞ Azərbaycandakı Səfirliyi Facebook səhifəsində bildirib ki, Çinin Azərbaycandakı Səfirliyi ABŞ-ın Çin Xalq Respublikasının Sincan (Şərqi Türküstan) uyğurlarına və digər türk azlıq qruplarına qarşı törətdiyi cinayətlər barədə açıqlamaları ilə razılaşmır.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Çində uyğurlagra və digər türk azlıqlarına qarşı törədilənlərlə bağlı aşağıdakı faktları təqdim edib:

“Nüfüzlu beynəlxalq qurumlarının hesabatlarına əsasən Çin səlahiyyətliləri türk ailələrini düşərgələrdə həbs ediblər, məscidləri dağıdıblar, işgəncələr və məcburi sterilizasiya ediblər,əhalinin uyğur və digər türk dillərində təhsil almaqlarını əngəlləyiblər. ÇXR hökuməti onların zəngin və qədim mədəniyyətlərini sistematik olaraq məhv etməyə çalışarkən, Çin Kommunist Partiyasının Sinzyandakı uyğurların “xoşbəxt bir həyatdan zövq aldıqları” və ya əhalinin həyatının “nəzərəçarpacaq dərəcədə yaxşılaşdığı” haqqında iddialarını eşitdikdə dəhşətə gəldik,” ABŞ Səfirlyii Facebook səhifəsində qeyd edib.

Səfrilik BBC News-in yaydığı faktlara müraciət edib.

Çinin Azərbaycandakı səfiri Qo Min yerli mediaya bildirib ki, keçmiş dövlət katibi Pompeonun Sincanda “insanlığa qarşı cinayətlər” və “soyqırımı” ilə bağlı dedikləri yalan və tamamilə əsassızdır.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …