Avstraliya-Azərbaycan Assosasiyası və GADTB Sidneydə Xocalı soyqırımı ilə bağlı tədbir keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirildi.

Tədbir Avstraliya-Azərbaycan Assosasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşəbbüsü ilə keçirilib.

Avstraliya-Azərbaycan Assosasiyasının Prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri Sayın Mikayil Oyta və GADTB Qadın Məsələləri və İnsan Haqları Departamentinin sədri Sayın Sara Azərsunun təşəbbüsü ilə keçirilən tədbirdə çox sayda dövlət xadimi, diplomatik nümayəndəliklər və ziyalılar iştirak edib.

Sidney şəhərində keçirilən Xocalı soyqırımının 29-cu ildönümü mərasiminə o cümlədən Turkiyənin Baş konsülü sayın Ali Sevim, NSW əyalətinin millət vəkilləri sayın Lynda xanım Volts və sayın Paul Lynch, Çin icması mərkəzinin NSW əyalətinin prezidenti Emmy Ong,  Sidney Universitetindən prof. Dr. Şəmsədin, Türk Mediyasının başqanı sayın Sulhan, NSW Türk Konseyinin başqanı sayın Dursun Candemir, Türk Dayanışma Mərkəzin prezidenti sayın Beşir Karasu, Sidneydə Pakistan dərnəyinin başqanı ve s. iştirak etmişlər.

Tədbirdə qonaqlar, o cümlədən GADTB Qadın Məsələləri və İnsan Haqları Departamentinin sədri Sayın Sara Azərsun çıxış etmişdir.

Tədbirdən video və şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …