Cümə , Sentyabr 25 2026
azfa

Uyğur türkləri Çinin soyqırım cinayətinə qarşı Brüsseldə etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Çinin Şərqi Türkistanda Uyğur Türklərinə qarşı soyqırım siyasətinə qarşı etiraz aksiyası keçirildi.

Belçika Uyğurları Dərnəyi və Türk qeyri-hökumət təşkilatları Şərqi Türkistanda Uyğur Türklərinə edilən zülmə və işgəncələrə etiraz məqsədilə Çin səfirliyi qarşısında toplandı.

100-ə yaxın insanın qatıldığı nümayişdə “Uyğur soyqırımını dayandırın, Çin Uyğur soyqırımını dayandırmalıdır”, “Uyğurlara azadlıq”, “Soyqırımı dayandırın”, “Toplama düşərgələrini bağla” şüarları yazılmış plakatlar nümayiş etdirilib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …