Şənbə , Aprel 27 2024
azfa

İran rejiminin məhdudiyyət yaratmasına rəğmən Zəncanda Qarabağa həsr edilən türkcə təqvim hazırlandı

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan bölgəsində İran rejiminin məhdudiyyət yaratmasına rəğmən azərbaycanlı fəallar tərəfindən türkcə təqvim hazırlanııb.

II Qarabağ şəhidlərinin xatirəsinə həsr olunan türkcə təqvim 2 min sayda çap edilib  və Güney Azərbaycanın müxtəlif şəhərlərində paylanılıb.

Türk dilində hazırlanan təqvim Qarabağın işğaldan azad olunması uğrunda aparılan 44 günlük vətən müharibəsində həyatlarını itirən şəhidlərin xatirəsinə ithaf olunub.

Üzərində “Qarabağ bizimdir bizim qalacaq”, “Şəhidlər ölməz vətən bölünməz”, “Aydın gələcək bizimdir” və “Arazı ayırdılar…” şüarları yazılan təqvim Qarabağ, Mübariz İbrahimov, Xudafərin körpüsü və Heydər Əliyev Mərkəzinin şəkilləri ilə bəzədilib.

Qeyd edək ki, İran rejimi Güney Azərbaycanda türk dilində təqvim hazırlayan azərbaycanlı fəalları həbs edir. Bir neçə azərbaycanlı fəal beləmədəni fəaliyyətlərinə görəhələdə rejimin zindanlarında həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …