Çərşənbə , Sentyabr 9 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı İranın edama məhkum etdiyi azərbaycanlı alimə azadlıq tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alimlə bağlı İran hökumətinə çağırış edərək, ona azadlıq tələb edib.

Təşkilat azərbaycanlı alim Əhmədrza Cəlalinin 6-cı il yaz bayramını zindanda keçirdiyini bildirib: “İşgəncə altında qondarma etiraflarla o edama məhkum edilib. Alimin hazırkı saxlanma şəraiti də işgəncəyə bərabərdir. İran rəsmiləri alimin işgəncə edilməsini dayandırmalı və edam qərarını ləğv edərək alimi sərbəst buraxmalıdırlar”.

Qeyd edək ki, bir neçə gün öncə mərkəzi qərargahı Parisdə yerləşən Beynəlxalq Elm Şurası və BMT-nin insan haqları üzrə nümayəndəsi də yaydıqları bəyanatlarla uzun müddətdir təkadamlıq kamerada saxlanılan, işgəncələrə məruz qalan Əhmədrza Cəlalinin durumundan narahat olduqlarını bildirib və ona azadlıq tələb etmişdilər.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …