Çərşənbə , Sentyabr 30 2026
azfa

Azərbaycanda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilir.

İclasda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov, Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edilər.

Qeyd edək ki, aprelin 9-da isə Bakıda Türk Şurası informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədi ilə işçi qrupun 8-ci iclası keçirilib.

Toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunub.

Aprelin 11-də isə nümayəndə heyətləri Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcəklər.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …