Şənbə , Sentyabr 26 2026
azfa

Zindanların qapılarını açın: Koronavirus azərbaycanlı siyasi məhbusların həyatına təhlükə yaradıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusun zindanlarda yayılması azərbaycanlı siyasi məhbusların həyatını təhlükəyə salıb. Bu isə azərbaycanlı milli-mədəni fəalların narahatlığına səbəb olub.

Güney Azərbaycandan olan azərbaycanlı sosial şəbəkə istifadəçiləri müxtəlif yazı və paylaşımlarla azərbaycanlı siyasi məhbusların məzuniyyətə buraxılmalarını tələb ediblər.

Azərbaycanlı milli fəallar tərəfindən hakimiyyət orqanlarına “Zindanların qapılarını açın”, “Siyasi məhbuslara məzuniyyət verilsin” və digər çağırışlar edilib.

Qeyd edək ki, bu günlərdə rejimin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Karinin zindan nəzarətçiləri və məmurları tərəfindən döyülməsi haqqında məlumatlar yayılıb. Məlumata görə, ağır işgəncədən sonra Yusif Kari ciddi xəsarətlər alıb və naməlum istiqamətə aparılıb.

Həmin məhbusla birlikdə digər bir neçə azərbaycanlı siyasi məhbus da həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …