Qondarma erməni iddiaları sadəcə  siyasi məqsədlərə əsaslanan bir böhtandır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun 1915-ci il hadisələri ilə bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib ki, “Qondarma erməni iddiaları sadəcə  siyasi məqsədlərə əsaslanan bir böhtandır”.

Fəxnəddin Altun onlayn konfransın açılışındakı çıxışında Birinci Dünya müharibəsi illərində erməni dəstələrinin Osmanlı torpaqlarına hücum edən düşmənlə birlikdə onları arxadan vurduqlarını və mülki insanları və vətənlərini qorumaq üçün müharibə şəraitində bəzi bölgələrdə yaşayan ermənilərin deportasiya edildiyini xatırladıb.

Altun “Bu təhlükəsizlik tədbiri həyata keçirilərkən, bütün gücü ilə davam edən müharibə şəraitində təəssüf ki, arzuolunmaz hadisələr də baş verdi, həm türklərdən, həm də ermənilərdən ölənlər oldu, əziyyətlər çəkildi. Bu baş verənlər bu günə gəlib çıxan müzakirələrin, hətta böhtanların da əsası oldu” deyib.

“Hazırda əsrlər boyu birlikdə sülh içində yaşayan türk və erməni xalqlarının ortaq keçmişini təhrif edərək, tarixdən düşmənçilik yaratmağa cəhd göstərən bir hekayə ilə qarşı-qarşıyayıq. bu hekayəyə etiraz edirik” ifadələrindən istifadə edən Altun deyib ki, Keçmişi, dini, etnik mənşəyi, məzhəbindən asılı olmayaraq insanların bu torpaqlarda əsrlər boyu qardaş olaraq yaşadıqlarını çox yaxşı bilirik.

Altun 1915-ci ildə baş verənlərlə bağlı mübahisələrin 100 ildən çox bir müddət sonra davam etməsinin səbəbinin “1915-ci il hadisələrinin sırf siyasi və ideoloji bir məsələ olaraq işlənməsinə dair təkid və inad” olduğunu dilə gətirib.

Altun kiminsə hadisəni siyasi və ideoloji əsaslarla apararaq, onu imperiyal məqsədləri üçün faydalı etməyə cəhd göstərdiyini vurğulayıb.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …