Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran rejimi Urmiya gölündə ekoloji böhranı dərinləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya gölünə tökülən çayların qarşısını kəsməklə ekoloji fəlakətə səbəb olur.

Urmiya gölündə ekoloji təhlükə ilə bağlı Urmiya Gölünü Bərpa Qərargahının Əyalət rəisi Fərhad Sərxoş açıqlama verib.

O bildirib ki, problemin aradan qaldırılması üçün lazımi işlər görülsə də, Energetika Nazirliyi məsələyə biganə yanaşır. Belə ki, hələ də gölə axan çayların suyu gölə buraxılmır.

Sərxoşun sözlərinə görə, hazırda Urmiya gölünün ekoloji tarazı ötən ilin eyni dövrünə nisbətdə çox miqdarda azalıb. Bunu nəzərə alaraq, 640 milyon kubmetr suyun gölə buraxəlması qərara alınıb. Ancaq indiyədək yalnız 160 milyon kubmetr su Urmiya gölünə axıdılıb. Bu il bölgə üzrə yağıntı miqdarının azalması da gölün su səviyyəsinin azalmasına, habelə bəzi bölgələrdə quraqlığa səbəb olub.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …