Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Co Baydenin erməni yalanlarını “soyqırım” adlandırmasına etiraz bildirişi

GADTB: Amerika prezidenti Co Baydenin erməni lobbisinin yalan ve sənədsiz iddialarına dayanaraq qondarma soyqırımı idealarını dəstəkləməsi siyasi məlzəmədən başqa bir şey deyildir.

Keçmiş tarix Amerika və ya Fransa kimi ölkələrin bugünkü  siyasi iradəsi əsasında təhrif edilməz və faktlar dəyişdirilməzdir. Bu sadəcə 3-5 oy almaq üçün yapılan bir propaqanda və hiyləgərlikdir. Məsələnin gerçəyi 1913 illərdən Rusiya, Fransa, İngiltərə və Amerikanın dəstəyi ilə ilk növbədə Anadolu türklərini və daha sonra Güney Azərbaycan və eləcə də Quzey Azərbaycan türklərini qətliam edən ermənilərin cinayətlərini qınamaqdansa örtbasdır edərək, izlərini təmizə çıxarmağına çalışanlar da tarixin bu gerçəyini dana bilməz və gec-tez bir gün hər kəsə aşkar olacaqdır.

Güney Azərbaycan İstiqlalçılar Birliyi Co Baydenin qondarma soyqırım iddialarını qınayır və Amerika Birləşik dövlətləri ilə bərabər bütün dünya ölkələrini bu tarixi olayın incələməsi üçün arxivlərə yönədərək siyasi su-istifadədən uzaq durmağa çağırır.

Güney Azerbaycan İstiqlalçılar Birligi

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …