Şənbə , Aprel 25 2026
azfa

Kürd terrorçuları Türkiyə ordusunun ancaq terrorçuları vurduğuna etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, PYD/PKK terrorçuları türk ordusunun hədəfi olmamaq üçün mülki geyimdə gəzdiklərini etiraf ediblər. Bu barədə RT kanalı Afrində hazırlanmış reportajı yayımlayıb.

Reportajda jurnalist əli silahlı terrorçulardan niyə mülki geyimdə gəzdiklərini soruşub. PKK üzvü isə belə cavab verib:

“Türkiyə Silahlı Qüvvələri Afrində hərbi formalı yaraqlıları vurur. Buna görə də mülki geyimdə sadə vətəndaşların arasında gəzirik. Bu geyimlərlə zeytun sahələrində gizlənirik”.

Qeyd edək ki, Afrin əməliyyatı başlayandan bu vaxta qədər türk ordusu bir mülki şəxsin belə ölümünə səbəb olmayıb.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …

Bir cavab yazın