Türkiyədə yeni neft mənbələri kəşf edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə son bir ayda 3 quyuda neft kəşf etdik.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

O, bu il iqtisadiyyatda ciddi bir canlanma gözlədiklərini bildirib:

“Bu çərçivədə son illərdə neft və təbii qaz axtarışlarında əhəmiyyətli bir sürət qazandığımızın müjdəsini millətimizlə bölüşmək istəyirəm. Qara dənizdə tapdığımız 405 milyard kubmetr təbii qazdan sonra quru ərazidə apardığımız işlərin nəticələrini almağa başladıq. Yeni açılan quyulara əlavə, əvvəllər neft olmadığı deyilərək beton tökülən quyulardan da neft çıxarmağa başladıq. Yalnız son bir ayda 3 yeni quyuda neft kəşf etdik”.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …