Çərşənbə axşamı , May 7 2024
azfa

Paniranistlərin Azərbaycan tarixini təhrif etmək məqsədilə Marağada Əhəməni dövrünə aid əşyaların saxtasını basdırdığı aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, paniranistlər və irqçi farslar Azərbaycan tarixini təhrif etmək məqsədilə Marağada Əhəməni və Sasani dövrünə aid əşyaların saxtasını basdırdığı aşkarlanıb.

Farslar bu iyrənc məqsəd üçün Marağada 3 mumiyalanmış tabut və 60 ədəd ətiqə əşyanın oxşarını basdırmışlar.

 Məsələ ilə bağlı Marağanın polis komandanı polkovnik Tohid Farsi məlumat verib. Onun sözlərinə görə, tapılan əşyalar Əhəməni və Sasanilər dövrünnün əşyalarının saxtasıdır.

Mədəni Miras Mütəxəssislərinin bildirmələrinə görə, saxta əşyalar gerçək əsərlər üzündən kopyalanmışdır. Onlar yonulit, gips və polyester materialından hazırlanıb. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …